"Azərbaycanla bağlı bu məsələdə iştirak etməyə hazırıq"
Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında iştirak etməyə hazırdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılışında deyib.
Gürcüstanın baş nazirinin sözlərinə görə, bu istiqamətdə dinc qonşuluq təşəbbüsünün köməyilə işlər görülə bilər.
"Cənubi Qafqazda uzunmüddətli sülhün yekun olaraq bərqərar olması üçün hökumətimizin dinc qonşuluq təşəbbüsünün köməyilə qonşularımız və dostlarımız olan Ermənistan və Azərbaycanla işləməyə hazırıq", - o deyib.