“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin növbəti mərhələsindən bəhs edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, əgər sülh müqaviləsi imzalanarsa, qısa zamanda Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zamanla inkişaf edəcək.
Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində tərəflərin daxili nəqliyyat əlaqələri, yəni, iki ölkənin bir-birinin ərazisindən keçidinin əhəmiyyəti vurğulanıb:
"Ermənistan iki ölkə arasında gediş-gəlişi sadələşdirməyə hazırdır".