Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edildi

Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edilib.

Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edildi
Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edilib.

meqale.com xəbər verir ki, Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, iki ölkənin vətəndaşlarının ölkədə qalma müddəti 15 gündən artıq deyilsə, heç bir yerdə qeydiyyatdan keçmək lazım deyil, lakin 15 gündən çox qalmaq müddəti olarsa, müvafiq dövlət qeydiyyatından keçmək lazımdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun