Azərbaycanla Özbəkistan arasındakı energetika sazişi təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş" təsdiq edilib. meqale.com