Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparıldı - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Bu barədə meqale.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.

Azərbaycan və Venesuela arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar.

Görüş zamanı həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.