Azərbaycanlı diplomatın 70 kq qızılla tutulduğu “Mall”: Sui-qəsd, atışma… - ŞOK FAKTLAR
İstanbulun Ayazağa bölgəsində yerləşən Vadi İstanbul Ticarət Mərkəzi (AVM), son dövrlərdə artan zorakılıq hadisələri ilə diqqət mərkəzinə çevrilib. meqale.com xəbər verir ki, 46 yaşlı Aras Yılmaz, AVM-nin kafe bölümündə silahlı hücuma məruz qalaraq həyatını itirib.
Dünən gecə 34 MAV 269 dövlət nömrə nişanlı avtomobillə AVM-nin açıq kafe ərazisinə gələn Aras Yılmaz, kask taxan bir şəxs tərəfindən qarşısı kəsilib. Hücum edən şəxs avtomobilin ön şüşəsindən Yılmazın üzərinə 10 dəfə atəş açıb. Yılmaz 9 güllə yarası alaraq ağır yaralanıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası Yılmazı Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hücumdan sonra cinayətkar yoldan keçən bir motosikletçiyə silah tuşlayaraq motosikleti ələ keçirib. Daha sonra, Cendere Caddesi-də silahını hissələrə ayırıb yerə ataraq motosikletlə qaçmağa davam edib. Bir müddət sonra qəza törədən hücumçu qaçmağa çalışsa da, polis tərəfindən gizləndiyi evdə saxlanılıb.
Cinayətkarın 30 yaşlı və polisdə 30 fərqli cinayət tarixçəsi olan Mert A. olduğu müəyyən edilib.