Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Abasov proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşüb. Mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.