Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər

Azərbaycan milli komandasına namizəd Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin "Boluspor" klubu vacib qələbə qazanıb. 

Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər
Azərbaycan milli komandasına namizəd Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin "Boluspor" klubu vacib qələbə qazanıb. 

meqale.com xəbər verir ki, 29 yaşlı hücumçumuzun komandası I Liqanın pley-off mərhələsinin 1/4 finalında bir neçə dəqiqə öncə səfərdə "İstanbulspor"u məğlub edib.

2:1 hesabı ilə qalib gələn Bolu təmsilçisi pley-offun yarımfinalına çıxıb.

Vüsal bu matçda forma geyinmək şansı qazanmayıb.

Qeyd edək ki, Türkiyə I Liqasıda ilk iki yeri tutan "Kocaelispor" və "Genclerbirliyi" Superliqaya birbaşa vəsiqə qazanıb.

Qalan 1 vəsiqə uğrunda isə çempionatı 3-7-ci pillədə bitirən 5 kollektiv mübarizəyə qoşulub.

"Boluspor" 7-ci sıranın sahibi qismində pley-offda iştirak hüququna yiyələnib.

Pley-offun yarımfinalında rəqib rəqib "Bandırmaspor" olacaq. İsgəndərlinin komandası bu səddi aşacağı təqdirdə, I Liqanı 3-cü sırada başa vurmuş "Karagümrük"lə həlledici qarşılaşmada üz-üzə gələcək.