Azərbaycanlı ifaçının "Gelandewagen"ini soydular - Səhər durdum ki, maşınım bu haldadır - VİDEO
Müğənni Rəvan Qarayevin "Gelandewagen" markalı avtomobilini soyublar.
meqale.com axşam.az-a istinadən bildirir ki, ifaçı həmin görüntüləri "Xəzər axşamı" proqramında nümayiş etdirib. Rəvan bildirib ki, maşından yalnız ətirləri oğurlanıb:
"Xalamgilə getmişdim. Səhər durdum ki, maşınım bu haldadır. Sənədlərimə dəyməyiblər. Amma səsgücləndiricini söküb aparıblar. Maşından düşəndə pullarımı ora qoymaq istəyirdim, son anda özümlə götürdüm. Avtomobildə bahalı əşyalar saxlamıram".