Azərbaycanlı iş adamı futboldan ömürlük uzaqlaşdırıldı - FOTO
Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.
Bildirilib ki, Sadıqovun cəzası altı aydan çox FIFA qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Bundan əlavə o, "Ximki" klubunun peşəkar statusunun itirilməsinə səbəb olan "vicdansız və ağılsız hərəkətlərə görə" günahlandırılıb.
Qeyd edək ki, Sadıqov "Ximki" klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edib.