Azərbaycanlı narkobaron azadlığa çıxa bilər
Estoniyada narkoticarətə görə 14,5 il müddətində azadlıqdan məhrum edilmiş azərbaycanlı, Tallində "Bakı", "Şeş-beş" və "Kiş-miş" kimi restoranların sahibi Əhliman Zeynalov vaxtından əvvəl azadlığa çıxa bilər.
meqale.com oxuya istinadən xəbər verir ki, Virus qəza məhkəməsi Zeynalovun aprelin ortasında vaxtından qabaq şərti azadlığa buraxılması barədə işi nəzərdən keçirəcək.
Əhliman Zeynalov Estoniyada 3 dekabr 2007-ci ildə saxlanılıb, növbəti gün o, genişmiqyaslı beynəlxalq narkoşəbəkənin təşkilində ittiham olunaraq həbs edilib.
2010-cu ilin martında Xaryusk qəza məhkəməsi Zeynalovu 14 il 6 ay azadlıqdan məhrum edib.