Azərbaycanlı oliqarxın məşhur restoranı sökülür - 15 milyon şirinlik də puç oldu - FOTO
Rusiyada azərbaycanlı oliqarx Yusif Xəlilova məxsus "Yardı Superbar" restoranı ətrafında qalmqal yaranıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Voronej şəhərində yerləşən bu obyetkin sökülməsi gündəmə gəlib.
Digər tərəfdən yayılan xəbərlərə görə, Xəlilovla əlaqəli şəxslər restoranın leqallaşdırılması üçün meriyaya guya 15 milyon rubl məbləğində rüşvət təklif ediblər. Lakin iddialara əsasən, meriya bu təklifi qəbul etməyib. Belə ki, şəhər rəhbərliyi obyektin sökülməsini tələb edir, arbitraj məhkəməsi isə tikililəri qanunsuz sayıb.
Məlumata görə, "Yardı Superbar" restoranının ərazisində əvvəlcə 400 kvadratmetr sahəsi olan yaşayış evi tikilməli idi. Lakin onun əvəzinə çoxsaylı artırmaları olan, ümumi sahəsi təxminən 1700 kvadratmetr təşkil edən restoran kompleksi inşa edilib.