İranı kütləvi şəkildə tərk edirlər - FOTO

İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb.

İranı kütləvi şəkildə tərk edirlər - FOTO
İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, iranlı ailələr Van vilayətindəki Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyəyə daxil olub.

Hazırda Kapıköy sərhəd məntəqəsindən keçən iranlılar mediaya danışmaqdan ehtiyat edirlər. Onlar İrana geri döndükləri zaman yarana biləcək təhlükələrdən qorxduqlarını bildirirlər. Türkiyənin təhlükəsizlik rəsmiləri isə sərhəddə vəziyyətin hələlik fövqəladə olmadığını, lakin hər hansı kütləvi qaçqın axınına qarşı bütün inkişafların yaxından izlənildiyini qeyd ediblər.