Azərbaycanlı "qanuni oğru" Rusiyada həbs edildi - FOTO

Rusiyanın Voloqda vilayət məhkəməsi Azərbaycan Respublikasının 54 yaşlı vətəndaşına hökm oxuyub.

Azərbaycanlı
Rusiyanın Voloqda vilayət məhkəməsi Azərbaycan Respublikasının 54 yaşlı vətəndaşına hökm oxuyub.

meqale.com rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2022-ci ilin oktyabr ayından "qanuni oğru" titulunu daşıyıb. Öz cinayət nüfuzundan istifadə edərək qeyri-rəsmi cinayətkar iyerarxiyasında əsas fiqur kimi çıxış edib, "oğru qanunlarını" və cinayət ənənələrini qoruyub.

Voloqda vilayət məhkəməsi Dövlət ittihamçısının mövqeyini nəzərə alaraq müttəhimi 8 il müddətinə azadlıqdan məhrum edib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.