Azərbaycanlı şagirdlər beynəlxalq bilik yarışmasında 1 qızıl və 4 bürünc medal qazanaraq, ölkəmizi uğurla təmsil ediblər. Bəs bu çempionlar harada yetişir?
Azərbaycanlı şagirdlər beynəlxalq bilik yarışmasında 1 qızıl və 4 bürünc medal qazanaraq, ölkəmizi uğurla təmsil ediblər. Bəs bu çempionlar harada yetişir? Təmsilçilərimiz Bali adasında (İndoneziya) keçirilmiş beynəlxalq "STEAM Ahead" olimpiadasında iştirak ediblər. Ümumilikdə 24 ölkədən 1006 şagirdin yarışdığı beynəlxalq olimpiadada iştirakçılar riyaziyyat, "Science" (təbiət elmləri) və informatika kateqoriyaları üzrə öz biliklərini sınayıblar. Turnirdə iştirak edən Azərbaycanlı şagirdlər riyaziyyat kateqoriyası üzrə 5 bürünc, informatika üzrə 2 gümüş və 3 bürünc, "Science" üzrə isə 1 qızıl və 4 gümüş medal qazanıblar. Əldə olunmuş 15 medaldan yeganə qızıl medalın sahibi məhz LANDAU School-da təhsil alır. Bununla yanaşı, LANDAU şagirdləri əlavə 4 bürünc medal və 4 fərqlənmə sertifikatı qazanaraq, uğurlu nəticələri ilə Azərbaycanı ölkə hüdudlarından kənarda təhsil sahəsi üzrə qürurla təmsil ediblər! 2018-ci ildə fəaliyyətə başlamış "LANDAU School" Azərbaycanda müasir tədris təcrübəsinə uyğun metodoloji yenilikləri tətbiq etməklə, təhsil sahəsində özünəməxsus mövqeyə sahib olan özəl orta məktəbdir. Hazırda 3000-dən çox şagirdin təhsil aldığı və Qafqazın ən böyük özəl məktəblərindən biri olan "LANDAU School"-da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
"LANDAU Education Group"-a ən böyük layihəsi olan "LANDAU School" ilə yanaşı, "LANDAU Kindergarten" (uşaq bağçası), "LANDAU PreSchool" (məktəbəqədər təhsil müəssisəsi), "LANDAU Evening School" ("LANDAU School"-a və digər özəl orta məktəblərə qəbul üçün hazırlıq kursları), "LANDAU Academy" (müəllimlər üçün ixtisasartırma kursları), "Leo Kids" (uşaqlar üçün özünüinkişaf mərkəzi), "Leznik & Co." (universitetlərə hazırlıq kursları və xaricdə təhsil xidməti), "Nine Senses" (incəsənət mərkəzi) layihələri də daxildir.