Azərbaycanlı tələbə faciəvi şəkildə öldü
ABŞ-nin paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Məlumata görə, o, qəzadan sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.
Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.