Azərdən danışıb, ağladı - "Baxdım ki, gözü doldu" - VİDEO

Aktyor İslam Mehrəliyev mərhum həmkarı Azər Baxşəliyevdən danışıb.

Azərdən danışıb, ağladı -
Aktyor İslam Mehrəliyev mərhum həmkarı Azər Baxşəliyevdən danışıb.

meqale.com xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan İslam göz yaşlarını saxlaya bilməyib:

"Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik, telefonuna baxırdı. Bir şəhid uşağını gördü. Telefonla evə səs göndərmişdi. Uşaq atasına deyirdi, gəl, gözləyirəm. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi".