Bakı-Sumqayıt yolundakı tıxac tarixə qovuşur - VİDEO
Xırdalan dairəsi ətrafında yol hərəkətinin təşkili yenidən qurulacaq.
meqale.com Xəzər TV-yə istinadən xəbər verir ki, dəyişiklik Bakının Baş Planına uyğun olaraq həyata keçiriləcək. Məqsəd Bakı-Sumqayıt yolunda, xüsusilə günün pik saatlarda yaranan tıxacların qarşısını almağa hesablanıb.
Ekspert deyir ki, aidiyyəti qurumlar tərəfindən ərazidə təhlillər aparılıb və dəyişikliyin edilməsi qərarı verilib.
Bəs Xırdalan dairəsində hansı dəyişiklik ediləcək?
Bu dəyişikliklə nəqliyyat axını normallaşacaq, hərəkət daha təhlükəsiz və sürətli olacaq. Nəticədə, Bakı-Sumqayıt yolundakı sıxlıq tarixə qovuşacaq.