“Aztelekom”dan FETÖ əməliyyatı xəbərinə RƏSMİ REAKSİYA
Müxtəlif mətbuat orqanlarında "Aztelekom" telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi və həbs olunanların olduğu deyilirdi.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Aztelekom" -dan bildirilib ki, müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən "Aztelekom" MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, "Aztelekom" MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.
"Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması "Aztelekom" tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə qurumdan bildirilib.