“Baharin rəngləri” Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur

"Baharin rəngləri" Respublika Uşaq Rəsm Yaradıcılıq Turniri

“Baharin rəngləri” Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur
"Baharin rəngləri" Respublika Uşaq Rəsm Yaradıcılıq Turniri

Azərbaycan  Mədəniyyət Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin, bədii zövqün inkişafına xidmət məqsədi ilə "Baharin rəngləri"  Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinə qeydiyyat elan olunur.

İştirak üçün 2024-cü il fevral ayının 5-dək 10-21 yaş arası uşaq, yeniyetmə və gənc  soyad, ad: təvəllüd: təhsil aldığı məktəb: əlaqə: anketi tamamlayaraq [email protected] adresinə göndərilməlidir.