Bakı Fransız Liseyinin bağlanma səbəbi AÇIQLANDI - YENİLƏNİB
Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.
Bu barədə Trend-ə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.
Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
------
14:09
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
meqale.com report-a istinadən xəbər verir ki, bununla bağlı Liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərilib.
Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.