Bakı Kamera Orkestrinin konserti keçirilib - FOTO
Kamera və Orqan Musiqisi Zalının səhnəsində Bakı Kamera Orkestrinin konserti keçirilib.
Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə orkestrin ifasında J.S.Bachın Simlilər üçün 3 saylı "Brandenburq" Konserti, W.A.Mozartın Adajio və Fuqa c-moll, R.Schumanın Bax adına 6 Fuqa, op.60, V.Məmmədzadənin "Sevgi kölgələri", G.Pelecisin "Tənha kalla" və V.Silvestrovun "The messenger 1956" əsərləri səsləndirilib.
Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.