Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi

Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.

Bakı Metrosu sərnişinlərə xəbərdarlıq etdi
Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, bu cür hallar təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur və sərnişin məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Bildirilib ki, qatar maşinisti yalnız nəqliyyat vasitəsini idarə etmir, eyni zamanda təxminən 1600 sərnişinin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək kimi ağır bir məsuliyyət daşıyır. Maşinist tunel infrastrukturu və qarşısına çıxan mümkün maneələrlə bağlı daim diqqətli olmalıdır. Bu səbəbdən onun işinə müdaxilə etmək və diqqətini yayındırmaq ciddi risklər yaradır və qəti şəkildə yolverilməzdir.