Bakı-Moskva sərnişin təyyarəsi üçün PUA təhlükəsi: bu şəhərə yönləndirildi
Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.
meqale.com-ın əldə etdiyi məlumata görə, bu, Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Airbus A320-214 sərnişin təyyarəsi olub.
Təyyarə Moskva vilayəti yaxınlığında havada iki dəfə dövrə vurduqdan sonra Kazana yönəlib.
Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının hava limanlarında PUA hücumları olub. /"Unikal"