"Bakı payızı-2023. 35 il sonra" layihəsinin iştirakçıları after-party keçirtdi - FOTO

Şərq Bazarında "Bakı payızı-2023. 35 il sonra"  layihəsinin iştirakçıları after-party keçirtdi.

Şərq Bazarında "Bakı payızı-2023. 35 il sonra"  layihəsinin iştirakçıları after-party keçirtdi.

Gecənin açılışında çıxış edən layihənin müəllifi, bədii rəhbər və rejissor Sevinc Kərimova, musiqi prodüseri, bəstəkar Mikayıl Vəkilov və Baş prodüser Səbinə Həsənova müsabiqənin iştirakçılara gələcək yaradıcılıq uğurları arzulayıblar. Qeyd edək ki, bir sıra iştirakçılar ilə beynəlxalq arenada irəliləmək üçün müqavilə bağlanılıb. Layihə iştirakçıları milli və dünya estradasının hitlərini ifa ediblər.

Xatırladaq ki, noyabrın 3-də Heydər Əliyev Sarayında "Bakı payızı-2023.35 il sonra" müsabiqəsinin möhtəşəm qala-konserti keçirilib. Ulu Öndər Heydər əliyevin 100 illiyinə həsr olunmuş layihə Best Cast Talent Agency & Golden Arts entertainment, Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Baş sponsor - Nizami Boutique House.