"Bakı payızı – 35 il sonra" adlı promo-axşam ulduz aktyor və blogerlərlə - VİDEO - FOTO

"Bakı payızı-2023" promo-axşamı. 35 il sonra" layihənin təşkilatçıları ulduz aktyorların, bloggerlərin, media nümayəndələrinin iştirakı ilə keçirilib.

"Bakı payızı-2023" promo-axşamı. 35 il sonra" layihənin təşkilatçıları ulduz aktyorların, bloggerlərin, media nümayəndələrinin iştirakı ilə keçirilib.

meqale.com xəbər verir ki, layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor - Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.

Tədbirdə bəzi iştirakçılar və layihə nömrələri təqdim edildi. Aparıcılar Fidan Ələkbərova və Rəşid Mikayılov idi. Sevinc Kərimova və Mikayıl Vəkilova ailə cütlüyünün yeni qrupu "Four's D" vokal kvarteti (Emin Qəmərlinski, İntiqam Allahverdiyev, Hidayət Əliyev və Eldar Tahirov) təqdim olunub.

Dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və The Voice (France) telemüsabiqənin iştirakçısı Araz Hümbətlinin "Xəzərin sahilində" hit mahnısını ifa edən dueti xüsusi maraq doğurdu.

Səbinə Həsənova qeyd edib ki, bloqqerlər və aktyorlar xüsusi promokoddan istifadə edərək tamaşaçıları final gecəsinə cəlb edəcəklər (tamaşaçılar 10% endirim əldə edəcəklər), bu işdə ən uğurlu olanlar isə "Bakı payızı-2023" kuboku ilə təltif olunacaqlar.

Blogerlər, artistlər və media şəxsiyyətləri arasında Bəhram Bağırzadə, Taleh Yüzbəyov, Ülvi Həsənli, Nərminə Ağasi, Rəna Nəcəfzadə-Sədaddinova, Roza Nəcəfzadə-Sədaddinova, Kamilla Verdiyeva, Sausan Cəfərova, ilə Məmmədova, Esmira Həsənli, Sevinc Əliyeva, Nəzrin Sadıqova, Leyla Köçərli, Fidan Rimazi və başqaları var.

Sonda tədbirin bütün iştirakçıları birlikdə "Mənim Azərbaycanım" kompozisiyasını ifa ediblər.

Qeyd edək ki, Sevinc Kərimova və Mikayıl Vəkilov 30 ilə yaxındır ki, ABŞ-da yaşayır və işləyirlər. Sevinc Kərimova Azərbaycanda ilk qadın klipmeykerdir. Sovet İttifaqı boyunca yayımlanan ulduzlarımız üçün video kliplər, musiqi proqramları və filmlər çəkdi, təxminən 200 milyon tamaşaçı izlədi. O, əfsanəvi "Karvan" qrupunun direktoru və prodüseri, 80-ci illərdə məşhur olan "Bakı payızı" nın yaradıcısı və rejissorudur. Həyat yoldaşı Mikayıl Vəkilov "Karvan"qrupunun hitlərinin müəllifidir.

Bu layihənin 35 illiyinə yeni formatda yenidən tamaşaçılara təqdim olunacaq, seçim turları keçirilib. Noyabrın 3-də saat 19.00-da Heydər Əliyev Sarayında "Bakı payız-2023.35 il sonra" layihəsinin qala-konserti keçiriləcək.

Bilet almaq üçün https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234