Bakı qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək - Peter Mixalko
2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhər Forumuna ev sahibliyi etməsi münasibətilə Azərbaycanı təbrik edirik!
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "X" sosial media hesabında bildirib.
"Bu gözəl şəhər UN-HABITAT tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair sazişin imzalanma mərasimi keçirilib.