Bakı-Quba yolunda AĞIR QƏZA: ölən və xəsarət alanlar var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, hadisə magistralın Siyəzən rayonu ərazisində qeydə alınıb. Əks istiqamətə çıxan "TIR"la "Ford" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.