Bakı-Sumqayıt yolundan istifadə edənlənlərin NƏZƏRİNƏ - 40 manat CƏRİMƏ OLUNA BİLƏRSİNİZ
Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.
Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar.
Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar.
Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər.