“Bakı-Sumqayıt yolundan istifadə edənlər xəstəliyə tutulacaqlar”
"Diqqətçəkən məsələlərdən biri Bakı-Sumqayıt yolundakı tıxacdır. Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixologiyasına necə təsir göstərir?"
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
"Mənə elə gəlir ki, bu, həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar", - deyə deputat bildirib.
***