"Bakı Təşəbbüs Qrupu önəmli müstəvi olacaq"
Burada olmaqdan şadıq və fəxr edirik. Bakı Təşəbbüs Qrupu gələcək işlərimizlə bağlı önəmli müstəvi olacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep jurnalistlərə açıqlamasında deyib.
"Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Bizim üçün bu çox vacib məqamdır. Düşünürəm ki, bu qrup gələcək işlərimizlə bağlı bizə dəstək olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.