Bakıda 21 yaşlı motosikletçini avtomobil vurub, vəziyyəti ağırdır

Bakının Nərimanov rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda 21 yaşlı motosikletçini avtomobil vurub, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Məmmədli Əli Xanlar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı yaralanan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı rayon polis əməkdaşları tərəfindən araşdırılır.