Bakıda 4 qız özünü binadan atıb? - RƏSMİ CAVAB

Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.

Bakıda 4 qız özünü binadan atıb? - RƏSMİ CAVAB
Bakının Yasamal rayonunda yanğın olduğu, hadisə zamanı 4 qızın özünü binadan atdığına dair sosial şəbəkələrdə məlumat yayılıb.

FHN-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

"Yanğınsöndürmə avtomobillərinin hərəkəti zamanı çəkilmiş video, görüntüləri çəkən şəxs tərəfindən yanlış şərh edilir. Belə bir hadisə baş verməyib"-, deyə cavabda qeyd edilib.