Bakıda 58 yaşlı qadını avtomobil vurdu
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Babayeva İlhamə Almas qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.