Bakıda 62 yaşlı qadın yol qəzasında xəsarət alıb
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1962-ci il təvəllüdlü Hacıəliyeva İradə Qulu qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.