Bakıda ağac evin üzərinə aşdı: Çatlar yarandı - FOTOlar

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 154 ünvanında yerləşən səkkiz nömrəli mənzilin üzərinə ağac aşıb.

Bakıda ağac evin üzərinə aşdı: Çatlar yarandı - FOTOlar
Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 154 ünvanında yerləşən səkkiz nömrəli mənzilin üzərinə ağac aşıb.

meqale.com xəbər verir ki, bununla bağlı həmin mənzildə yaşayan sakin oxuya müraciət edib.

O bildirib ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi Rayon Bələdiyyəsi və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

"Hamısı gəlib baxıb, lakin rəy verən olmayıb. Evdə çatlar var, vəziyyət çox pisdir", - deyə sakin vurğulayıb.