Bakıda ağır qəza: avtomobil yoldan çıxıb salondakı maşınlara çırpıldı - FOTO
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub.
meqale.com APA-ya istinadən bildirir ki, qəza Babək prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Nissan" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çırpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni "Fiat" markalı avtomobilə zərər dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.