Bakıda AĞIR YOL QƏZASI - Qadın sərnişin öldü

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Bakıda AĞIR YOL QƏZASI - Qadın sərnişin öldü
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

meqale.com APA-ya istinadən bildirir ki, qəza Hövsan yolunda qeydə alınıb. İdarəetməni itirən "BMW" markalı avtomobilin sürücüsü minik vasitəsini "Mitsubishi" markalı avtomobilə çırpıb. Qəza nəticəsində "BMW" markalı avtomobildə olan qadın sərnişin həyatını itirib. Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.