Bakıda avtomobil 30 yaşlı piyadanı vurub
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Umbayev Nəsimi Mübariz oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.