Bakıda bu ərazi qazsız qalacaq
Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Biləcəri qəsəbəsi, N.Asimzadə küçəsində yeni çəkilmən qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 18.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd edilib.