Bakıda bu ərazidə evlər çökdü, üç ailə mənzilsiz qaldı - FOTO

Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini Məcnun Məmmədovun 18 il yaşadığı ev 2024-cü ilin oktyabr ayında çöküb. Ərazidəki 3 ev yararsız vəziyyətdədir. Nəticədə, 3 ailə evsiz qalıb.

Çökmənin miqyasının genişlənməsinə baxmayaraq, ərazidə heç bir tədbir görülməyib.

Sakinlər problemlə bağlı şikayətlərini Baku TV ilə bölüşüblər.

"Qurumlar gəlib heç olmasa, bu məsələ ilə məşğul olsunlar. Yol gələndə, maşınla keçəndə qorxuruq, artıq burada yaşaya bilmirik", - şikayətçi Gültəkin Ağayeva söyləyib.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1 700 millimetr diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər də ünvanlanıb.