Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bakıda bu evlər bahalaşıb
Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.

Yaşayış binalarında olan mənzillərdə 0.4 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.