Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir - VİDEO

Bakıda nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə daha bir yolda genişləndirmə işləri görülür.

Bakıda bu yolda aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir - VİDEO
Bakıda nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə daha bir yolda genişləndirmə işləri görülür.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda aparılan işlərindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Qeyd edək ki, ümumi uzunluğu 1 kilometrdən çox olan yolda işlər tamamlanmaq üzrədir.