Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
meqale.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda yollardakı vəziyyət barədə məlumat yayıb.
Hal-hazırda aşağıdakı ərazilərdə sıxlıq müşahidə olunur:
1) Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2) Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3) Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.