Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
meqale.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu dava zamanı bıçaqlanıb.
Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.
Xəstənin hazırda əməliyyat olunduğu bildirilir.