Bakıda daha bir bina yaşayış ola-ola sökülür - İDDİA
Bakının Səbail rayonu Mikayıl Hüseynov 14 küçəsində yerləşən binada söküntü işləri aparılır. İddialara görə, söküntü binada yaşayış ola-ola həyata keçirilir.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən yaşayış binası uzun illərdir ki, qəzalı vəziyyətdədir və aidiyyatı qurumların 2014-cu ildə müvafiq qərarları əsasında həmin binanın köçürülməsi İcra Hakimiyyətinə həvalə edilib.
Gələcəkdə isə ərazidə hər hansı layihə əsasında tikinti işlərinin aparılması ilə bağlı heç bir məlumat mövcud deyil.