Bakıda dörd məktəbə direktor təyin edildi
2023-2024-cü tədris ilində paytaxt üzrə 4 nəfər direktor, 7 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini və 2 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə təyin olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmin müddətdə Bakı şəhəri üzrə məktəblərdə 1 227 nəfər müəllim müddətsiz müqavilə ilə, 500 nəfər müəllim isə müddətli müqavilə ilə işlə təmin olunub.