Bakıda ən ucuz evlər BU RAYONDA SATILIR

Hazırda paytaxtın daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Bazarın istər mənzil, istərsə də həyət evləri ilə bağlı seqmentlərində alıcı qıtlığı özünü göstərməkdədir. Realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir.

meqale.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ceyhun Əhmədov bildirib ki, bazarda müşahidə edilən alıcı qıtlığı qiymətlərə də ciddi təsir göstərib: 

"Həyət evlərindən danışırıqsa, burada ümumiyyətlə durğunluq hökm sürür. Əvvəllər Bakıya yaxın olan Masazır, Xırdalan, Biləcəri kimi qəsəbələrdə ev tapmaq müşkül məsələ idisə, hazırda situasiya tamam fərqlidir.Satışlar kəskin surətdə azalıb. Bunun isə özlüyündə bir neçə səbəbi var. Əvvəla, yay aylarıdır, ona görə də, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu, ötən illər də belə idi.Lakin başlıca səbəb, artıq bir çox insanın şəhərə yaxın və mərkəzi ərazilərdən mənzil almağa üstünlük verməsidir. Hər kəs iş yerinə, təhsil aldığı universitetə yaxın yerdə yaşamaq istəyir. Nəzərə alsaq ki, paytaxt yollarında tıxaclar gündən-günə intensivləşir, o zaman müştəriləri daha yaxşı başa düşmək olar". 

Ekspert hazırda Bakının bəzi yerlərində ev və torpaq qiymətlərinin kəskin surətdə ucuzlaşdığını diqqətə çatdırıb: