Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?
Avqust ayında Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, avqust ayında, əvvəlki ayda olduğu kimi, bağ və fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.
Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.7 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib.
Yaşayış binalarında olan mənzillərdə 1.8 faiz aylıq qiymət artımları müşahidə olunub.