Bakıda gənc oğlan davada bıçaqlandı
Bakının Nizami rayonunda bir nəfər bıçaqlanıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Quliyev Anar Malik oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
O, döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.